27 Dekabr 2015 10:27
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən kök adamı hesab olunan Andres Moreno Meksikanın Syudad Obreqon şəhərində vəfat edib.

Teleqraf.com-un AzərTac-a istinadən verdiyi məlumata görə, 38 yaşlı Morenonun ölümünə peritonitin fəsadları və infarkt səbəb olub. Bu yaxınlaradək 444 kiloqram çəkisi olan meksikalı oktyabrın sonunda mədəsindən əməliyyat olunmuş və 323 kiloqrama qədər arıqlamışdı. Noyabrın sonlarında isə kəskin peritonit səbəbi ilə yenidən əməliyyat keçirmişdi.

Öz həyatını dəyişməyə söz verən Moreno bütün cərrahi əməliyyatlardan sonra müstəqil surətdə 30 kiloqrama qədər arıqlamağa nail olmuşdu.


Müəllif: