Əfqanıstan ordusu ölkənin müxtəlif yerlərində "Taliban" terrorçularına qarşı əməliyyat həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 15 terrorçu öldürülüb. Əməliyyatlar əsasən, Nanqarxar, Qunduz, Sari-Pul, Loqar və Qəzni əyalətlərində keçirilib.
Bu arada, terrorçular paytaxt Kabildə intihar hücumu həyata keçirib. Həmid Karzai Aeroportu yaxınlığında bomba yüklü avtomobilin partlaması nəticəsində 13 dinc sakin həyatını itirib, 50 nəfər yaralanıb.
Samir