29 Dekabr 2015 22:33
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Qərb müttəfiqləri arasında tərəfdaş statusunu itirərək, Suriyada çox təhlükəli oyun aparır".

Teleqraf.com xəbər verir ki, bu barədə Sidney universitetinin əməkdaşı Stüart Rollo "The Wall Street" jurnalındakı məqaləsində bildirib.

Onun sözlərinə görə, Su-24 qırıcısının vurulmasından sonra açıqlama verən Rusiya prezidenti Vladimir Putin Türkiyəni terrorçuların havadarları adlandırıb: "Bununla o, Qərb tərəfindən diplomatik formada səsləndirilən ittihamı açıq şəkildə ifadə etdi. Türkiyə sərhədlərindən terrorçular üçün lazım olan neft, nəğd pul, silah keçirilməsinə icazə verir".

Ekspert qeyd edib ki, Türkiyə Suriya konfliktinə qoşulan ilk ölkə olub: "Vətəndaş müharibəsinin başlanğıcından Ankara Suriya prezidenti Bəşər Əsədin devrilməsi və bölgədə üstün statusa malik olmaq üçün böyük yatırım edib. Suriyada vəziyyət dəyişsə də, Ərdoğanın strategiyası dəyişməyib. Bunun nəticəsində Türkiyə Suriyadakı münaqişənin həlli yolunda maneəyə çevrilib. Bir tərəfdən Türkiyə Suriya kürdlərinə və İŞİD-ə qarşı uğurlu əməliyyatlar həyata keçirir, digər tərəfdən isə Türkiyə mütəşəkkil cinayətkar dəstənin bir hissəsidir. Bundan başqa, Türkiyə Suriyada "Müsəlman Qardaşları" terror təşkilatının hakimiyyətə gəlməsi üçün səy göstərir. Bu isə Rusiya və İranın maraqlarına ziddir. Bu yay Ərdoğan amerikalıların iki türk bazasından İŞİD-ə qarşı əməliyyatlarda istifadə etmək üçün ABŞ-la razılığa gəlib. Eyni zamanda, bu bazalardan Ankara hökuməti Suriya və İraqdakı kürdlərə qarşı əməliyyatlarda istifadə edir".

Rollo əlavə edib ki, Ərdoğan hökuməti İŞİD-ə qarşı əməliyyatlarda suriyalı kürdlərin dəstəklənməsini təlaşla və narahatlıqla qarşılayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər