RF Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "UTair" aviaşirkətinin Rusiyanın şəhərlərindən İrəvan, Bakı, Gəncə də daxil olmaqla, 10 reysin yerinə yetirilməsinə dair icazəni geri alıb.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin reyslərdən biri Samara-Bakı marşrutu ilə olub.
Məlumata görə, beynəlxalq hava sərnişin və ya yük daşınmasının yerinə yetirilməsinə dair müvafiq lisenziyalara malik daşıma şirkətlərinin bu hüququn geri çağırılması və yerinə yetirilməsi şərtlərinə dəyişikliklər edib.
Kazan-Bakı reysinin həyata keçirilməsinə icazə ilə bərabər, aviaşirkət həmçinin Krasnodar-İrəvan, Mineralnıe Vodi-İrəvan, Rostov-na-Donu-Barselona, Rostov-na-Donu-İrəvan, Samara-Bakı, Soçi-İrəvan, Surqut-Gəncə, Tümen-Gəncə reyslərinin də yerinə yetirilməsinə dair uçuşlardan məhrum olub.