3 Yanvar 2016 20:56
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda döyüşmüş Britaniya əsgərləri "müharibə vəziyyətindən sui-istifadə edib cinayətlər törətdikləri" ittihamı ilə məhkəmə qarşısına çıxarıla bilər.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, əsgərlərin törətdikləri iddia edilən cinayətləri araşdıran qurumun başçısı Mark Varvick ortada çox sayda ciddi hadisənin olduğunu, hətta bu hadisələrə görə bir əsgərin cinayətdə ittiham edildiyini bildirib.

İngiltərənin "İndependent" qəzetinə müsahibə verən qurum rəhbəri, törədilən hadisələrin müharibədən istifadə edilərək törədib-törəmədiklərini hakimlərlə birgə araşdırdıqlarını bildirdi.

Qəzetin isə bu gün açıqladığı məlumatda 1500-dən çox qurbanın kimliyinin artıq müəyyən edildiyini, ən az 200 nəfərin isə mühakiməsiz edam edildiyini edam açıqladı.

İngiltərənin Müdafiə Nazirliyi isə iddiaların son dərəcə ciddi bir şəkildə araşdırılacağını açıqlayıb.

Keçmiş dedektiv olan Varvickin rəhbərlik etdiyi qurum da məhz İngilis əsgərlərinin İraqlı vətəndaşlara pis rəhtar etdiklərini, hətta onların vətəndaşları mühakiməsiz öldürə biləcəkləri iddiasını araşdırmaq üçün 5 il əvvəl yaradılıb.

Lakin 145 nəfərlik əməkdaşı olan qurumun bu çalışmaları 4 ildən əvvəl tamamlaya bilməyəcəkləri açıqlandı.

Qurum hələlik heç bir əsgərin həbsini tələb etməyib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi qüvvələri İraqa 2003-cü daxil olub. Ölkədə atom silahının olması və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsi isə İraqa edilən bu hücumlara səbəb kimi göstərilirdi.

ABŞ prezidenti Corc Buş 17 mart 2003-cü il tarixdə uzun illər boyu kütləvi qırğın silahlarına sahip olmaqda günahlandırdığı İraq hökümətinə 48 saatlıq ültimatium verdi və bu müddət bitdikdə dərhal İraqa hücüm edib.

ABŞ müharibəya 300 min əsgəri səfərbər edib. İngiltərə höküməti isə 47 min əsgərlə müharibəyə qoşulub.

İraqa müdaxilə zamanı koalisiya qüvvələrinin qərargahı Doha şəhərində (Qətər) idi. ABŞ hərbi qüvvələrinə ABŞ-ın Mərkəzi Komandanlığının generalı Tommi Frenks başçılıq edirdi. 2003-cü ilin iyulunda onu Con Filip Abizaid əvəz etdi. O, 2007-ci ilin 16 martında Vilyam Fellon tərəfindən əvəz olundu.

20 mart 2003-cü ildə Amerikan raketləri səhər vaxtı Bağdada düşməyə başladı. Ardınca gələn günlərdə ingilis və amerikan quru qoşunları ölkənin cənubundan daxil oldu. 9 aprel 2003-cü ildə ABŞ silahlıları Bağdadın mərkəzinə doğru iləliləməyə başladı. Səddam Hüseynin şəhər üzərindəki hakimiyyəti dağıdıldı.

Həmçinin bu 12 ildə ABŞ 4 500 (bəzi mənbələrdə 6 000) əsgərini də həlak olub.İraqda koalisiya qüvvələri ümumilikdə 4 628 əsgəri həlak olub, ən azı 31 327 əsgər isə yaralanıb.

Səddam rejiminin dağılmasından sonrakı 3 il yarım müddətdə 150 min insan həlak olub. Bu müddət ərzində yaralanan iraqlı 450 min nəfər hesablanır.


Müəllif: