5 Yanvar 2016 02:07
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekinin "Capital Airlines" aviaşirkətinin Çanşa şəhərindən Sanya məntəqəsinə uçan təyyarəsinin qadın sərnişini uçuş zamanı qəza çıxışından aşağı tullanmaq istəyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Çin mətbuatının məlumatına görə, qadın təyyarədən atılaraq intihar etmək qərarına gəlib. Təyyarənin heyət üzvləri onu dayandırmaq istədikdə, iki digər sərnişin qadının müdafiəsinə qalxıb və dava düşüb. Lakin insidentə baxmayaraq, təyyarə uğurla təyinat məntəqəsinə eniş edib.

İnsidentin günahkarları ictimai təhlükəsizlik təhdidləri əsasında həbsə alınıb, işin təfərrüatları araşdırılır.


Müəllif: