12 Yanvar 2016 18:29
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt məhkəməsi "Hizbullah" qruplaşması və İrana casusluqda ittiham olunan iki kişini edam cəzasına məhkum edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, onlardan biri İran İslam Respublikasının vətəndaşı olub. İttihamlar sırasında, həmçinin, qanunsuz silah saxlama və ölkə ərazisində hücumlara cəhd maddələri də olub.

İstintaq təqsirləndirilən şəxslərin uzun müddət Küveytin təhlükəsizliyi ilə bağlı məxfi informasiyaları İran xüsusi xidmət orqanlarına ötürdüyünü bildirib. Casusluqda ittiham olunan 19 nəfərə 15 il həbs cəzası verilib. 3 nəfər isə bəraət qazanıb.

Samir


Müəllif: