1 Fevral 2016 11:34
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyaya ilk dəfə yeni Su-35S qırıcı təyyarələrini göndərir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Kommersant" qəzeti məlumat yayıb. Bildirilib ki, bu, Su-35S-lər üçün ilk ciddi sınaq olacaq:

"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsinin verdiyi məlumata görə, rəhbərlik Suriyada ilk dəfə Su-35S qırıcılarının sınaqdan keçirilməsi ilə bağlı qərar qəbul edib. Söhbət ötən ilin oktyabr-noyabrında Rusiya Silahlı Qüvvələrinə təqdim edilən 4 ədəd qırıcıdan gedir.

Su-35S qırıcıları bir neçə gün bundan əvvəl Astarxandan havaya qalxıb, Xəzər dənizi, İran və İraq hava məkanından keçərək, Latakiyadakı hərbi bazaya eniş edib. Hazırda Xmeymim bazasındakı təyyarə və vertolyotların sayı 70 ədəddir.

Su-35S - birnəfərlik "4++" nəslinə aiddir".

Samir


Müəllif:

Oxşar xəbərlər