3 Fevral 2016 22:36
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus istefa verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, istefa səbəblərini "korrupsiyanın yüksək səviyyəsi və islahatlar keçirmək imkanının olmaması" ilə izah edib:

"Mən və mənim komandamın açıq-aşkar korrupsiya üçün pərdəyə çevrilmək istəyimiz yoxdur".

Qeyd edək ki, əslən litvalı olan Abromaviçus bu vəzifəyə 2014-cü ilin dekabrında gətirilib.

Elvin


Müəllif:

Oxşar xəbərlər