Türkiyənin Suriyada əməliyyata hazırlaşmasına dair Rusiyanın bəyanatı gülüncdür.
APA-nın “Əl Ərəbiyyə” telekanalına verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Mən bu bəyanatı çox gülünc sayıram. Əslində Rusiya özü Suriya ərazisinə müdaxilə etməklə məşğuldur”, - deyə Ərdoğan qeyd edib.
Bundan əvvəl Türkiyə hökumətindəki mənbə rəsmi Ankaranın Suriyada hərbi əməliyyat planının olmadığını bildirib.