21 Aprel 2014 11:07
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Səudiyyə Ərəbistanı Suriya üsyançı qruplarına müasir Amerika istehsalı olan tank əleyhinə raketlər veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Wall Street Journal"da dərc olunan məqalədə bildirilib. Məqalədə qeyd edilir ki, bu başlanğıc olaraq pilot layihə çərçivəsində həyata keçirilib. Bununla üsyançı qrupların daha geniş silahlandırılması məsələsi ilə bağlı imkanlar qiymətləndirilib.

Mənbənin məlumatına görə, ABŞ-ın üsyançı qüvələrə iri müsair silahlarla dəstək verməsinə yanvarda Suriya ilə beynəlxalq danışıqlardakı uğursuzluğu səbəb olub. Yeni strategiyada həmçinin üsyançılara ixtisaslaşmış döyüşçülərdən ibarət canlı dəstək verərək onları hər cür müqavimətə dayanıqlı hərbi gücə çevirmək qərarı da alınıb.

Ağ ev sözügedən məqalə ilə bağlı üsyançıların silahla təchiz edilməsini nə təsdiq, nə də inkar edib. ABŞ-ın rəsmi hökumət dairələri bildiriblər ki, onlar hazırda rejimə qarşı mübarizə aparan qüvvələrə dayanıqlı olmaları üçün tədbirlər planı hazırlayırlar.

Elçin


Müəllif:

Oxşar xəbərlər