11 Fevral 2016 12:39
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 terrorçu öldürüldü

Rusiyaya məxsus Su-25 və Su-35 qırıcıları Suriyanın Latakiya və Dera bölgələrində İŞİD terrorçularına qarşı uğurlu əməliyyat həyata keçirib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, hücumlar zamanı 40 İŞİD-çi öldürülüb, terrorçulara məxsus 9 yük maşını və 2 zirehli avtomobil partladılıb. Əməliyyatlara Suriya ordusu qurudan dəstək verib.

Elvin


Müəllif:

Oxşar xəbərlər