İŞİD terror təşkilatı döyüşçüləri yeni edam görüntüləri yayımlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görünülərdə casusluqda şübhəli bilinən 3 gəncin yararsız maşının içində uzaqdan idarə edilən qurğu vasitəsi ilə partladılması əks olunub.
8 dəqiqə davam edən videoda gənclər İŞİD-ə qarşı casusluq etdiklərini deyiblər. Qurğunu özünü "Cihadçı uşaq" adlandıran 4 yaşlı oğlan işə salıb. Edamın sonunda azyaşlı təkbir gətirib.
İlkin ehtimallara görə, edam Suriyanın Rakka şəhərində həyata keçirilib.
Samir