Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Gürcüstana səfəri təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna Tiflisdəki pis hava şəraiti və qatı duman səbəb olub.
Məlumatlara görə, Çavuşoğlu gecə saatlarında Tiflisə uçmalı idi. Ancaq onun səfəri bir neçə saatlıq təxirə salınıb. Səfərin gün ərzində başlayacağı bildirilib. Çavuşoğlu burada yüksək rütbəli şəxslərlə görüşlər keçirəcək və fevralın 19-da baş tutacaq Gürcüstan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Samir