"ABŞ Ankarada baş verən terror aktını sərt şəkildə qınayır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays deyib:
"Hücum zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını diləyirik".
ABŞ müdafiə naziri Eşton Karter isə terrora qarşı mübarizədə Türkiyənin yanında olduqlarını bildirib. O, Ankara terrorunda əli olan hər kəsin tezliklə cəzalandırılacağına inandığını əlavə edib.
Samir