Tunis prezidenti Beji Kaid Əs-Səbsi ölkə ərazisində fövqəladə vəziyyəti bir ay daha uzadıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı prezident özünün Facebook səhifəsində bildirib. O, qeyd edib ki, baş nazir və parlament sədri ilə məsləhətləşdikdən sonra, 22 fevral 2016-cı ildən başlayaraq bir ay müddətində fövqəladə vəziyyət elan etməyə qərara verib.
Qeyd edək ki, ötən ilin noyabrında baş verən hücumdan sonra, dekabrın sonundan ölkədə iki ay müddətində fövqəladə vəziyyət elan olunmuşdu.