22 Fevral 2016 15:16
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik meydanında etirazçılarla naməlum şəxslər arasında insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılarla naməlum şəxslər arasında nümayişin dayandırılması üçün 1 saata yaxın danışıqlar gedib. Bundan sonra onlar arasında dava düşüb.

İnsidentə milli qvardiyanın hərbçiləri müdaxilə edib. Hadisə zamanı saxlanılanların olub-olmaması ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, 100 nəfərin ölümünə və o vaxtkı prezident Viktor Yanukoviçin devrilməsinə səbəb olan Maydan hərəkatından 2 il ötür.

Samir


Müəllif:

Oxşar xəbərlər