İraq ordusu Ər-Ramadi şəhəri yaxınlığında İŞİD terrorçularının hücumuna məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq ordusunun komandiri İsmail əl-Maxlaui məlumat verib. Onun sözlərinə görə, hücumu dəf edən İraq ordusu hərəkətə keçib və 46 terrorçunu zərərsizləşdirib.
Əl-Maxlaui qeyd edib ki, hadisə zamanı şəhərin şərq hissəsi terrorçulardan tamamilə təmizlənib.
Elvin