24 Fevral 2016 14:23
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın bombaladığı Hələbdə nə "Nusra Cəbhəsi", nə də İŞİD var".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqard deyib.

Onun sözlərinə görə, Suriyada atəşin kəsilməsi burada zorakılığın dayandırılması deməkdir: "Rusiyanın bombaladığı ərazilər hazırda suriyalı müxaliflərin nəzarətindədir. Ruslar rejimlə birlikdə Türkiyədən Hələbə gedən koridoru bombardman ediblər. Moskva bununla terrorçuların qarşısını aldığını deyib. Ancaq bu, terrorçuların deyil, dinc sakinlərin yolunu bağlayıb və ölkədə böhran yaradıb. Ruslar və rejim qüvvələri fəaliyyətlərində dəyişiklik etməlidirlər. Əks halda heç bir siyasi uğurdan söhbət gedə bilməz".

Makqard ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava hücumları nəticəsində İŞİD-in zəiflədiyini bildirib: "Hücumlar nəticəsində İŞİD xeyli itki verib və geri çəkilib. Terrorçular tutduqları ərazidən qaçmağa başlayıb. İlk vaxtlar İŞİD-in 35 min döyüşçüsü vardı. Hazırda təxminən 25 min İŞİD-çi Suriya və İraqda döyüşür".

Amerika rəsmisi Türkiyənin bu mübarizədə fəaliyyətini də dəyərləndirib: "Türkiyə 98 kilometr sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib. Bu, Avropadan gələn terrorçuların Suriyaya keçməsinin qarşısını alıb. Türkiyə İŞİD ilə mübarizə məsələsində vacib tərəfdaşdır. Türkiyəsiz bu işi bacarmazdıq".

Bundan başqa, ABŞ-ın "The Wall Street" jurnalı Rusiya və ABŞ razılaşması ilə bağlı yeni faktlar dərc edib: "Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Suriyada atəşkəsə əməl edəcəyinə şübhə ilə yanaşır. Onlar razılaşmanın yerinə yetirilməyəcəyi təqdirdə hərəkət etmək üçün "B planı" hazırlamağı düşünür".

Qəzet iddia edir ki, Pentaqon rəhbəri Eşton Karter və MKİ rəhbəri Con Brennan bu fikirdədir. Onlar hesab edir ki, ABŞ Prezident Administrasiyası suriyalı müxaliflərin müdafiəsi üçün Moskvaya təzyiqi artırmalıdır. Qəzetə danışan Obama administrasiyasının xüsusi nümayəndəsi bildirib ki, hazırda Ağ Evdə Rusiyanın hava hücumlarından qorunmaq üçün suriyalı müxaliflərə kəşfiyyat məlumatlarının verilməsi müzakirə olunur.

Bu arada, Rusiya xarici işlər nazirin sözçüsü Mariya Zaxarova isə bu gündən etibarən Rusiya və ABŞ arasında əldə edilən Suriya razılaşmasının həyata keçirilməsinə başlandığını deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında dünən baş tutan telefon danışığı zamanı Suriyada atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər