26 Fevral 2016 08:33
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə Minya şəhərinin Cinayət Məhkəməsi xristian icmasından olan dörd yeniyetməni mühakimə edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, onlar İslamı təhqir etməkdə ittiham olunublar.

"Əl-Misri əl-Yaum" nəşrinin xəbərinə görə, onlardan üçü tələbədir. Hər tələbə 5 il müddətinə azadlıqdan məhrum edilib. Dördüncü şəxs isə yetkinlik yaşına çatmadığı üçün onu yeniyetmələr üçün islah düşərgəsinə göndəriblər.

Onlar 30 saniyəlik videoya görə cəzalandırılıblar. Belə ki, tələbələr ibadət edən müsəlmanın görüntüsünü lentə almaqda və gülərək onu ələ salmaqda suçlanırlar. KİV-in məlumatına görə, təqsirləndirilənlər İŞİD-in girovları cəzalandırmaq səhnəsini də təsvir ediblər.

Nihad


Müəllif:

Oxşar xəbərlər