Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyada atəşin dayandırılması ilə bağlı birgə qətnamə layihəsi təqdim edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Venesuelanın BMT-dəki xüsusi nümayəndəsi Rafael Ramires məlumat verib. Onun sözlərinə görə, qətnaməyə əsasən, atəşkəs fevralın 27-də Dəməşq vaxtı ilə saat 00:00-da elan ediləcək.
Sənəd fevralın 22-də ABŞ və Rusiya arasında əldə edilən razılıq əsasında hazırlanıb.
Məlumatlara görə, rəsmi Dəməşq və müxalifət də ölkədə hərbi əməliyyatların dayandırılması üçün birgə bəyanatla çıxış edib.
Samir