26 Fevral 2016 16:37
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO-nun Şərqi Avropa sərhədlərində mövqelərini möhkəmləndirmək üçün hazırladığı planlar uğursuz olub".

Teleqraf.com xəbər verir ki, bununla bağlı bir qrup ekspert "Financial Times" qəzetinə birgə məruzə təqdim ediblər. Ekspertlər arasında Alyansın eks-sədri Yaap de Hoop Sxeffer və NATO-nun Avropadakı Müttəfiq Qoşunlarının ali baş komandanının sabiq müavini, britaniyalı general Riçard Şirref də olub. Ümumilikdə məruzənin hazırlanmasında 6 ekspert iştirak edib.

Sənəddə bildilir ki, Alyansa üzv olan əsas qoşunların əksəriyyəti "vaxtarışı maliyyələşdirimə" və "kəskin defisitdən" əziyyət çəkir. Məsələn, 31 ədəd "Tiger Germani" vertolyotundan 10-u, 460 ədəd "BMP Marder" hərbi avtomobilindən isə 280-i işlək vəziyyətdədir.

Genral Şirref qeyd edib ki, Böyük Britaniya üçün lazımi anda nəinki divizyiyanı, hətta briqadanı yüksək hazırlıq vəziyyətində yerləşdirilmək çətin olacaq.

Qəzetin məlumatına görə, məruzə NATO-nun Atlantik Şurası tərəfindən bu gün açıqlanacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər