“ Suriyada minlərlə insan aclıqdan ölə bilər”.
Bunu BMT-nin insan haqları üzrə rəsmisi Zeid Raad al Hussein fevralın 29-da təşkilatın insan haqları şurasının Cenevrədə keçirilən toplantısında deyib.
O mühasirədə olan şəhərlərdə 480 minə yaxın insanın acınacaqlı vəziyyətə düşdüyünü xəbərdarlıq edib.
Humanitar missiyaların məlumatına görə, artıq Madaya şəhərində aclıqdan onlarla insan ölüb.
Yanvarın 27-də atəşkəs elan edildiyinə görə BMT yaxın günlərdə Suriyayada mühasirədə olan 150 mindən çox insana humanitar yardım çatdırmağı planlaşdırır.