"Suriyanı xilas etmək üçün Türkiyəni qurban verməyin".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözlәri Beynəlxalq Böhran Qrupunun sәdri Jan-Mari Quehenno deyib.
"Ankara terrorunu unutmayaq. 28 hərbçinin ölməsi ilə nəticələnən terror aktından sonra Türkiyədə vəziyyət qəlizləşir. Ankara hökuməti çoxşaxəli böhranlara sürüklənir. Türkiyənin Qərbədki tərəfdaşları vəziyyətə müdaxilə etməlidir".
Quehenno Türkiyә iqtisadiyyatının güclü olduğunu qeyd edәrәk, Avropada son beş ildə ən yaxşı aviaşirkәti seçilən Türk Hava Yollarının әldә etdiyi nailiyyәtlәr nəticəsində İstanbul hava limanının canlandığını və Türk dövlətinin torpaqlarının başqa qüvvənin əlinə keçməsinə yol verməyəcəyini vurğulayıb.
Samir