Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.
Teleqraf.com-un xəbərinə görə, yerli vaxtla saat 19.00 radələrində Yenişəhər bölgəsindəki binalardan birinin girişində əldəqayırma bomba partladılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda təcili yardım və zirehli maşınlarla polis əməkdaşları cəlb olunub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilirb. Polis hadisə yerində təhlükəsizlik tədbirlərini gücləndirib. Vətəndaşlar bölgədən çıxarılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Nihad