3 Mart 2016 13:54
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bayrampaşa bölgəsində iki qadın terrorçu çevik polis avtobusunu atəşə tutublar.

Hadisə zamanı ölən olmayıb, bir polis əməkdaşı yüngül xəsarət alıb.

Məlumatlara görə, polislərin atəşə qarşılıq verməsi ilə qadın terrorçular qaçıblar. Onların yaxınlıqdakı məktəblərin birində gizləndiyi bildirilir. İstanbul polis idarəsindən verilən məlumata görə, terrorçular 3 nəfər olub. Onlardan biri yaralı halda yaxınlıqdakı taksiyə əyləşib və qaçmağa nail olub. Dərhal başlanan əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edir:

Elvin


Müəllif:

Oxşar xəbərlər