ABŞ Suriyada birinci hərbi bazanın tikintisini başa çatdırıb və ikincisinin inşasına başlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, bazalar kürdlərin nəzarətndə olan bölgədə yerləşir.
Məlumatlara görə, aviabazalar həm mülki, həm də hərbi məqsədlər üçün istifadə ediləcək: "Birinci baza Rmeylan şəhərində yerləşir. İkincinin inşasına Kobani şəhərində başlanıb. Hazırda Rmeylan bazası hərbi vertolyotların qəbulunu həyata keçirir".
Samir