7 Mart 2016 23:48
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin hakim Kommunist partiyası bildirib ki, ötən il 300 minə yaxın rəsmini korrupsiyaya görə cəzalandırıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 200 min rəsmiyə "yüngül", qalan 80 min nəfərə isə "ağır" cəzalar verilib.

Prezident Xi Jinping korrupsiyaya qarşı mübarizəni hökümətinin əsas məqsədi elan edib.

Bundan əvvəl də bir çox tanınmış siyasi fiqurlar korrupsiyaya görə həbs edilib.

Dövlət mediası demək olar ki, hər gün rəsmilərə qarşı korrupsiya, rüşvət və səlahiyyətdən sui-istifadə ittihamları və ya təhqiqatlarının başlaması barədə xəbərlər verir.

Korrupsiyaya qarşı mübarizə idarəsi üzrə əsas qurum - İntizam Təftiş üzrə Mərkəzi Komitə çox az hallarda cəzaların necə verilməsi barədə açıqlama verir.

2015-ci ildə həbs edilənlər barədə rəqəmlər, Çinin ənənəvi parlament sessiyası zamanı açıqlanıb.

BBC-nin Çin üzrə təhlilçisi Michael Bristow deyir ki, bu, hazırda Pekində toplaşanların Kommunist partiyasının korrupsiyaya uğramış rəsmilərə qarşı mübarizəsinin davam etdirəcəyini xatırladır.

Hərçənd bəzi müşahidəçilər deyir ki, bu mübarizə, əslində partiyanın "nüfuzu artan" üzvlərini cilovlamaq yolu kimi istifadə olunur.


Müəllif:

Oxşar xəbərlər