10 Mart 2016 08:17
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya bəyan edib ki, Yunanıstanla sərhədindən daha miqrant buraxmayacaq. Beləliklə, miqrantların Şimali Avropaya getdiyi əsas yol tamamilə bağlanılıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Makedoniya hakimiyyəti bu qərarı Sloveniya, Serbiya və Xorvatiya tərəfindən sərhədlərdə nəzarət gücləndirildikdən sonra qəbul edib. Məsələn, Sloveniya öz sərhədindən yalnız həqiqətən çarəsiz qalan, eləcə də sığınacaq almaq xahişi ilə Sloveniya hakimiyyətinə müraciət etmək istəyən miqrantları buraxır. Nəticədə miqrantlar Makedoniyada toplanır.

Makedoniya Daxili İşlər Nazirliyinə istinadən Reuter agentliyinin yaydığı məlumata görə, çərşənbə axşamı Yunanıstan-Makedoniya sərhədindən heç bir miqrant keçməyib.

Yunanıstan və Makedoniya sərhədində Mərkəzi və Şimali Avropa ölkələrinə düşə bilməyən təxminən 14 adam toplaşıb. Onlar sərhədin Yunanıstan tərəfindədir. Qadağa tətbiq edilməzdən Makedoniya çox az sayda, əsasən suriyalı və iraqlı, miqrant buraxırdı.

Yunanıstan hakimiyyəti çərşənbə günü miqrantları razı salmağa çalışırdı ki, günü-gündən sanitar vəziyyəti pisləşən sərhəd düşərgəsini tərk etsinlər, Agence France-Presse xəbər verir.

Düşərgəni fevral ayında qurmağa başlayıblar. Miqrantların bir çoxu artıq həftələrdir ki, burada qalırlar.


Müəllif:

Oxşar xəbərlər