"BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi İranı ballistik raketlərin sınağını dayandırmağa məcbur edə bilməz".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) briqada generalı Əmir Əli Hacızadə deyib.
Onun sözlərinə görə, İranın raket proqramı üzrə işlər dayandırılmayacaq: "Biz bütün təcavüzlərdən ölkəmizi qorumağa hazırıq. Biz İranın İraq, Yəmən və ya Suriyanın gününə düşməsinə imkan verməyəcəyik".
Bu arada İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə verdiyi açıqlamada deyib ki, İranın hərbi doktrinası təsirli qabaqlayıcı prinsiplər əsasında formalaşıb: "Həmin doktrinaya əsasən, İran İslam Respublikasının hərbi gücü nəinki heç bir ölkəni təhdid etmir, hətta bölgədə sülh, sabitlik və təhlükəsizliyin qarantıdır. Yalnız təcavüzkarlar bizim hərbi gücümüzdən qorxmalıdır”.
Samir