Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, martın 11-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zeytun” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Qala kəndlərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.