Türkiyə Silahlı Qüvvələri PKK-nın Şimali İraqdakı Qəndil, Metina, Avaşin, Haftanin və Basyan düşərgələrini havadan bombalayıb.
Publika.az xəbər verir ki, Türkiyə Baş Qərargahı martın 9-da Şimali İraqda keçirilən hava əməliyyatları zamanı PKK mövqelərinin darmadan edildiyini açıqlayıb.
Əməliyyatlarda "F-16" və "F-4 2020" qırıcıları iştirak edib. Hücum zamanı ən azı 67 PKK-çının öldürüldüyü deyilir.