15 Mart 2016 00:23
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban ölkədə referendum keçirilməsini istisna etmir. Baş nazir hədd təyin etmə prinsipi əsasında Avropa İttifaqı ölkələrində qaçqınların yerləşdirilməsinin məqsədəuyğunluğu haqqında məsələni ümumxalq rəy sorğusuna çıxarmaq istəyir.

V.Orbanın sözlərinə görə, rəsmi Budapeştin referendum qərarı “ictimai əhval-ruhiyyəyə” cavab olardı. Baş nazir deyib: “Biz əminik ki, əhalinin müvafiq dəstəyi olmadan miqrantlara norma təyin etmə hakimiyyət həddini aşmadır”. O, əlavə edib ki, hədd təyin etmə labüd olaraq Avropa və Macarıstanın etnik, mədəni və dini xəritəsinin dəyişməsi ilə nəticələnəcək.

Avropa İttifaqının 120 min qaçqının bölüşdürülməsi haqqında qərarına əsasən, Macarıstan iki il ərzində təxminən 2 min miqrantı qəbul etməlidir. Rəsmi Budapeşt fəal şəkildə bu qərarın əleyhinə çıxır. Ötən ilin dekabrında ölkə Avropa Məhkəməsinə hədd təyin etmənin ləğv edilməsinə dair iddia ərizəsi təqdim edib. Bir ay əvvəl Avropa Parlamentinin sədri Martin Şults bildirib ki, miqrasiya böhranın həllində Avropa daha rəsmi Budapeştə bel bağlamamalıdır.


Müəllif:

Oxşar xəbərlər