Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənərək öldürüldüyünə dair iddialar üzrə açılmış cinayıt işi bağlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işində adı hallanan general Levent Ersöz 16-cı Cəza Dairəsi tərəfindən bəraət alıb.
Şahid İlkər Çınar Turqut Özalın general Levent Ersöz tərəfindən zəhərlənərək öldürüldüyünü iddia etmişdi. General isə məhkəmədəki ifadəsində prezidentin öldüyü 1993-cü ildə Şırnak vilayıtində xidmət etdiyini bildirərək ittihamları rədd etmişdi.
Ankara Ağır Cinayətlər Məhkəməsinin Ersöz haqqında bəraəy hökmünü 16-cı Cəza Dairesi təsdiqləyib.
Ayxan