İstanbulda törədilən partlayışla bağlı ilk rəsmi açıqlama verilib.
Teleqraf.com-un məlumatına görə, İstanbul valisi Vasip Şahin Bəyoğlu kaymakamlığı qarşısında baş vermiş partlayış nəticəsində canlı bombayla birlikdə 5 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 20 nəfərin yaralandığını bildirib.
Vali Nişantaşıda daha bir partlayışla bağlı yayılan xəbərləri təkzib edib.