21 Mart 2016 00:37
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Demokratiya İnstitutunun keçirdiyi “exit poll”un nəticələrinə görə, prezident Nursultan Nazarbayevin sədri olduğu “Nur Otan”, həmçinin “Ak jol” və Kommunist Xalq Partiyası parlamentə keçir.

“Exit poll”un nəticələrinə görə, “Nur Otan” seçicilərin 82,15, “Ak jol” 7,17 və Kommunist Xalq Partiyası 7,15 faiz səsini qazanıb.

Parlamentdəki yerlər uğrunda altı partiya mübarizə aparıb. “Nur Otan” Partiyası 127, “Ak jol” Partiyası 35, “Auıl” Partiyası 19, Kommunist Xalq Partiyası 22, Ümummilli Sosial-Demokrat Partiyası 23 və “Birlik” Partiyası 8 namizədlə seçkilərə qatılmışdı. “Azad” Partiyası seçkilərdə iştirakdan imtina edib.

Qazaxıstan parlamentinin aşağı palatası 107 deputatdan ibarətdir. Ümumxalq səsvermə ilə 98 mandatın taleyi həll edilir. Seçkilərdə 7 faizlik baryeri aşan partiyaların nümayəndələri parlamentdə təmsil olunmaq hüququ qazanırlar. Qalan 9 mandat Qazaxıstan prezidenti yanında fəaliyyət göstərən məsləhətçi orqan tərəfindən seçilən deputatlar üçün nəzərdə tutulub. Sözügedən seçkiləri martın 21-də keçiriləcək.(publika.az)


Müəllif:

Oxşar xəbərlər