"Terrora və terrorçulara qarşı millətimi səfərbərliyə çağırıram".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "5 min kəndə 5 min meşə" layihəsinin açılış mərasimində bildirib.
Dövlət başçısı son vaxtlar bir-birinin ardınca baş verən terror aktlarından qorxmadıqlarını və terrorçularla sona qədər mübarizə aparacaqlarını bildirib:
"Bu gün Türkiyə tarixin ən böyük terror dalğası ilə üz-üzədir. Bir yandan PKK, bir yandan da İŞİD millətimizə qarşı hücumlar edir. Bu günə qədər millətlə vuruşub uğur qazanan terror təşkilatı olmayıb. Biz qorxanlardan yox, qorxudanlardan olacağıq. Biz təkcə terrorla döyüşmürük, həmçinin onu dəstəkləyən güclərlə də mübarizə aparırıq".
Ərdoğan bu mübarizədə qələbə qazanmağın yeganə yolunun millətin birliyi olduğunu vurğulayıb: "Dövlətimiz bütün imkanları ilə terora qarşı mübarizə aparır. Çox qısa müddətə istəyimizə çatacağımıza inanıram. Yetər ki, birliyimizi pozmayaq. Terrora ən böyük zərbə millətin birliyidir".
Yusif