22 Mart 2016 15:00
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Brüssel metrosunda törədilən terror aktlarında ölən və xəsarət alanlarla bağlı rəsmi məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı şəhər ictimai nəqliyyat operatorunun rəsmi nümayəndəsi açıqlama verib.

Onun sözlərinə görə, terror aktları nəticəsində 15 nəfər həyatını itirib, 10-u ağır olmaqla, 55 nəfər xəsarət alıb.

Saat 13:21

Brüssel metrolarında baş verən 4 terror aktı nəticəsində ən azı 10 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Reuters" agentliyi məlumat yayıb.

Saat 13:12

Brüssel metrosunda 4-cü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "i24news" agentliyinin jurnalisti Tvitter hesabında məlumat verib.

Saat 13:06

Brüsselin daha bir metrosunda terror aktı törədilib.

Bununla bağlı Belçikanın "RBTF" telekanalı məlumat verib. Hadisənin hansı metro stansiyasında baş verdiyi açıqlanmır.

Saat 12:52

Brüsseldə Maleyebek metrostansiyasında baş verən hadisədən bir neçə dəqiqə sonra Şuman metrosunda da partlayış səsi eşidilib.


Teleqraf.com xəbər verir ki, Brüsseldə fövqəladə vəziyyət elan edilib. Əhaliyə ictimai yerlərdən uzaq durmaqla bağlı çağırışlar edilib. Şuman metrosunda baş verən partlayışda ölən və xəsarət alanların olduğu bildirilib.

Saat 12:22

Belçikanın paytaxtı Brüsseldə metro partladılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Belçika telekanalları məlumat yayıb.

Partlayış Brüsselin Malbek metrostansiyasında baş verib. Hadisədən dərhal sonra bütün qatarların hərəkəti dayandırılıb. Partlayış zamanı bir neçə nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.

Rəsmi məlumatlara görə, baş verən ikinci hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan edilib, bütün məktəblər, iş yerləri cə ictimai obyektlər bağlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər