23 Mart 2016 13:12
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərində Brüsseldə baş vermiş terror hadisələri də müzakirə ediləcək.

Teleqraf.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, səfərin əsas mövzusu Suriya məsələsidir.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Suriya məsələsini Brüsseldə baş vermiş terror hadisələrindən ayrı tutmaq qeyri-mümkündür. Bəşər Əsədin gələcək taleyinin görüşlərin gündəmində olmayacağı xəbər verilir.

Con Kerrinin Moskva səfəri martın 23-dən 24-dək davam edəcək. O, Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüşəcək.

Türkiyə KİV-in məlumatına görə, Kerri görüşlərdə əsasən Suriya və Ukrayna məsələlərini diqqətdə saxlayacaq. Suriyada müharibəyə son qoyulması, bu ölkəyə humanitar yardım göstərilməsinin asanlaşdırılması müzakirə mövzusu olacaq.

Kerri Ukraynada atəşkəsə əməl olunması və 22 il həbs cəzasına məhkum edilmiş Ukrayna piloti Nadya Şevçonkunun azadlığa buraxılmasına da nail olmağa çalışacaq.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər