Türkiyənin Diyərbəkir vilayətində polis bölməsinə silahlı hücum olub.
Trend-in “Haber7” qəzetinə istinadən verdiyi məlumata görə, polis bölməsinin qarşısında güclü partlayış baş verib, ardınca terrorçular və polislər arasında atışma başlayıb.
Çoxlu sayda yaralı olduğu bildirilir. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub.