26 Mart 2016 19:43
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bolu şəhərində siyasi məzmunlu qəzet paylayan bir qrup Komunist partiyası üzvləri ilə vətəndaşlar arasında insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 6 nəfər həbs olunub. Münaqişəyə səbəb paylanılan bukletdə Rəcəb Tayyip Ərdoğanın fotosunun altında "Getsin amma yetməz" sözlərinin yazılmasına vətəndaşlardan birinin sərt reaksiya verməsi olub. Qəzetləri partiya üzvlərinin əllərindən almağa çalışan şəxsə ətrafdakılar da dəstək verib. Küçənin ortasında baş verən əlbəyaxa davaya polis müdaxilə etməli olub.

Polis paylanan qəzetləri müsadirə edib. Faktla bağlı araşdırma aparılır.

Yusif


Müəllif:

Oxşar xəbərlər