"ABŞ dövlət katibi Con Kerrinin özü ilə Moskvaya gətirdiyi portfeldə vacib sənədlər olub".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Pyabkov deyib.
Onun sözlərinə görə, bu sənədlər Putin və Lavrovla görüşlərdə istifadə olunub: "Daha dəqiq informasiya verə bilmərəm".
Qeyd edək ki, bir müddət öncə Moskvaya səfər edən Kerrinin portfeli jurnalistlərin diqqətini cəlb etmişdi. Amerikalı diplomat bununla bağlı sualları cavabsız qoymuşdu.
Samir