31 Mart 2016 01:12
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada həyata keçirdiyi gecə hücumu zamanı İŞİD-ə ağır zərbə endirilib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Suriyada atəşkəs üzrə Rusiya Mərkəzinin informasiya bülletenində bildirilir.

"Gecə şəraitində Rusiya Hərbi-Kosmik Qüvvələri 23 uçuş həyata keçirib və İŞİD-in 54 obyektinə zərbələr endirilib. Uçuşlar zamanı terrorçuların 4 idarə mərkəzi, 6 artilleriya qurğusu və minemyotu, 3 silah anbarı, 2 yanacaq məntəqəsi, 18 hərbi avtomobili, 1 zenit qurğusu məhv edilib", - bülletendə bildirilir.

Xəbərə görə, Rusiya qırıcılarının aviazərbələri nəticəsində 60 terrorçu məhv edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər