Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional problemlərin həlli üçün Rusiya-Türkiyə əməkdaşlığının bərpasının vacıb olduğunu bildirib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Ərdoğan ötən il noyabrın 24-dən sonra Rusiya ilə əlaqələrdə çətin dövr yaşadıqlarından təəssüfləndiyini bildirib:
"SSRİ-nin süqutundan sonra Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edirdi. Lakin bu əlaqələr hələ təyyarə ilə bağlı insidentə qədər Rusiya rəhbərliyinin son illər yürütdüyü siyasətə görə pozulmağa başladı. Moskvanın kəskin reaksiyasını başa düşmək bizim üçün çətindir, ancaq regional problemlər bizim əməkdaşlığı bərpa etməyimizi vacib edir. Belə ki, Rusiya və Türkiyə bizim coğrafiyada vacib ölkələrdir. Biz gözləyirik ki, rusiyalı həmkarlarımız bunu başa düşəcək və qiymətləndirəcəklər", - Ərdoğan ABŞ-ın Brukinqsk İnstitutunda çıxışı zamanı bildirib.
O, həmçinin bildirib ki, Ukrayna böhranı bu ölkənin ərazi bütövlüyü saxlanılmaqla Minsk razılaşması əsasında həll edilməlidir.
Nihad