6 Aprel 2016 11:56
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu, Almaniya hökumətinin sabiq spikeri Otto Hauzer son günlər Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginliyi qiymətləndirərkən deyib:

"İlk növbədə atəş dayandırılmalıdır. Bundan sonra, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir. Xatırladım ki, Almaniya Bundestaqı və Avropa Parlamenti işğala son qoymaq və yüz minlərlə azərbaycanlı qaçqının öz evlərinə qayıtmasını təmin etmək tələbi ilə çıxış edib".

Samir


Müəllif:

Oxşar xəbərlər