9 Aprel 2016 19:12
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən və İraqda baş verən toqquşmalar zamanı 44 nəfər həyatını itirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Yəməndə aprelin 10-da qüvvəyə minməsi gözlənilən atəşkəs ərəfəsində husi yaraqlıları ilə prezident Mansur Hadi tərəfdarı olan qüvvələr arasında qarşıdurmalar şiddətlə davam edir.

Taiz şəhərində baş verən qarşıdurmalar və hava hücumlarında 26 nəfər həlak olub, 68 nəfər də yaralanıb.

İraq ordusunun terror təşkilatı İŞİD-in nəzarətindəki Fellucəyə təşkil etdiyi hücumlar zamanı və Bağdadda baş verən zorakılıq hadisələri nəticəsində 18 nəfər ölüb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər