Fransanın Xarici İşlər Nazirliyi terror təşkilatı PKK-nın Suriyadakı davamçısı YPG-nin Parisdə nümayəndəliyinin açılacağına dair yayılan xəbərləri təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa XİN açıqlama yayıb.
Açıqlamada bildirilir ki, terror təşkilatının Vaşinqton və Parisdə də nümayəndəlik açacağı istiqamətindəki xəbərlər həqiqətə uyğun deyil: “Bizim əlaqədar olduğumuz yalnız Suriya Milli Koalisiyasıdır”.
Terror təşkilatı PYD-nin lideri Saleh Müslim keçən həftə verdiyi açıqlamada növbəti hədəflərinin Fransada büro açmaq olduğunu bildirib.
İlhamə ƏBÜLFƏT