10 Aprel 2016 17:52
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Sevilya şəhərində keçirilən öküz yarışında qəza baş verib.

Teleqraf.com xəbər verir ki, öküz güləşçisi Andres Roka Rey öküzün qəzəbinə tuş gəlib. Öküz buynuzu ilə 19 yaşlı öküz güləşçisinə zərbələr vursa da, o, öküzün buynuzundan qurtulmağı bacarıb. Arenada əyləşən tamaşaçılar Andres Roka Reyin öldüyünü düşünərək böyük şok yaşayıblar. Güləşçi xırda sıyrıqlarla qəzadan xilas olub. Tamaşaçılar Andres Roka Reyi sağ qaldığına görə alqışlarla təbrik ediblər.


Müəllif:

Oxşar xəbərlər