Fransa polisi və xüsusi xidmət orqanları ölkədə 13 terror aktının qarşısını alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa daxili işlər naziri Bernar Kaznev bəyan edib.
“Ölkə polisi və xüsusi xidmət orqanlarının səyləri nəticəsində 13 terror aktının qarşısı alınıb. İlin əvvəlindən terrorçuluq fəaliyyəti ilə əlaqədar 80 nəfər həbs olunub”, deyə B.Kaznev bildirib. Nazir hansı müddət ərzində terror aktlarının qarşısının alındığını dəqiqləşdirməyib.