11 Aprel 2016 10:43
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan türklərinin milli-mədəni haqlarının tanınması uğrunda apardığı dinc fəaliyyətinə görə Şirazda həbsdə saxlanılan tanınmış ərdəbilli fəal Abbas Lisaniyə qarşı yeni ittihamlar irəli sürülüb.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən (GAMAC) Teleqraf.com-a daxil olan məlumata görə, Şirazın Adilabad zindanında 1 illik həbs cəzasını çəkən Abbas Lisani, aprelin 9-u sübh saatlarında Şiraz inqilab məhkəməsinin 6-cı şöbəsinə aparılıb və orada ona qarşı yeni ittihamlar irəli sürülüb. O, bu dəfə, ölkənin ərazi bütövlüyünə qarşı çıxaraq Azərbaycanın müstəqilliyinə çalışan təşkilat və qruplarla yanaşı sistemə qarşı təbliğat aparmaqda və qanunsuz olaraq öz çıxışlarını lentə alaraq, səs yazılarını ölkədə iğtişaşlar törətmək istəyən radikal millətçilərin ixtiyarına qoymaqla onları bu işə təhrik etməkdə günahlandırılıb.

Təxmin edilir ki, azərbaycanlı fəala qarşı yeni ittihamlar, Ərdəbil əyalətinin təhlükəsizlik rəsmilərinin göstərişi ilə irəli sürülür. Məqsəd isə 1 illik həbsini başa vurmaqda olan Abbas Lisaninin azadlığa buraxılmasının qarşısını almaqdır.

Abbas Lisani 2011-ci ildə Urmiya gölünün qurudulmasına qarşı etirazlara qatıldığına görə İnqilab Məhkəməsi tərəfindən sistemə qarşı təbliğat aparmaqda təqsirli bilinərək 1 illik həbs cəzasına məhkum edilib. Fəal, əvvəlcə Ərdəbil zindanına salınansa da, sonradan Şirazın Adilabad həbsxanasına köçürülüb.

Bəkir


Müəllif:

Oxşar xəbərlər